Simonyan vəziyyətinin kəskin şəkildə pisləşdiyini açıqladı...

2 Yanvar 2026 20:52 (UTC+04:00)

... Telegram-da rastlaşdığım bu yazının müəllifi Aleksandr Nevzorovdur.

SİA bu yazının bəziləri üçün mahiiyət daşıyacağını nəzərə alaraq bəzi əlavələrlə Sizin də diqqətinizə çatdırır...

...Bu günlərdə MarqaritaSimonyan vəziyyətinin kəskin şəkildə pisləşdiyini açıqlayıb.

Onun tezliklə ölməsi mümkündür..?

Amma məsələ bunda deyil. Putinin müharibə təbliğatını gücləndirmək üçün ona verdiyi 8 milyard rublun aqibətinin nə olacağı olduqca maraqlıdır.

Məsələ bundadır ki, bu gün onun "taxtını" və milyardlarını ötürə biləcəyi birbaşa varisləri yoxdur.

Amma “təbliğat kraliçasının” kurqanına soxula biləcək çoxlu sayda rəngsiz RT qadını var.

Onların hamısı "çirkin rəfiqələr" prinsipi əsasında seçilib və heç bir real dəyəri təmsil etmir.

Beləliklə, "büdcənin bir hissəsi" uğrunda mübarizə vətənpərvər televiziyada qalan aktyorlar arasında aparılacaq. 8 milyard "vətən sevgisi" deyil.

Bu, daha ciddidir. Beləliklə, bir neçə boğazın kəsiləcəyinə və televiziyanın çirk və üfunətlə dolacağına ümid var.

Əli Babayev