Ərdoğan və Tramp arasında telefon danışığı olacaq

2 Yanvar 2026 16:09 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampla yanvarın 5-də telefon danışığım olacaq.

SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasına deyib.

O bildirib ki, danışıqlarda Rusiya-Ukrayna müharibəsi, Fələstin məsələsi barədə müzakirələr aparılacaq.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə danışıqları davam edir.