Türkiyənin "Beşiktaş" klubu iki futbolçusu ilə yollarını ayırmaq istəyir. SİA xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Norveçli Yonas Svensson və çexiyalı David Yuraseklə müqavilənin ləğvi ilə bağlı danışıqlar aparılır.
Hər iki oyunçu Antalyadakı təlim-məşq toplanışına aparılmayıb.