Azərbaycan bentonit istehsalını 28 % artırıb

2 Yanvar 2026 14:48 (UTC+04:00)

2025-ci ilin ilk yanvar-noyabr aylarında Azərbaycanda 286 min ton bentonit istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28 % çoxdur.

Ötən il dekabr ayının 1-nə, ölkədə 248 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.