Roberto Karlos ürəyindən təcili əməliyyat olunub. SİA xarici xəbər saytına istinadən verdiyi məlumata görə, fəsadlar səbəbindən əməliyyat üç saata yaxın davam edib. İspaniyanın AS qəzetinin verdiyi məlumata görə, əfsanəvi braziliyalı futbolçu Roberto Karlos təcili xəstəxanaya yerləşdirilib və ürəyindən əməliyyat olunub.
Xatırladaq ki, 52 yaşlı Dünya Kuboku çempionunun 2002-ci ildə Braziliyada ayağında müntəzəm müayinə keçirilib və kiçik qan laxtası aşkarlanıb. Hətta, sonrakı MRT müayinəsi anormal ürək funksiyasını da aşkar edib. Futbolçu kateter qoyulduğu üçün dərhal xəstəxanaya yerləşdirilib. Qəzetin yazdığına görə, 40 dəqiqə çəkəcəyi gözlənilən əməliyyat fəsadlar səbəbindən üç saata yaxın davam edib. Roberto Karlosun həyatı və sağlamlığı hazırda təhlükə altında deyil. O, bir müddət müşahidə altında qalacaq. “Hazırda yaxşıyam və yaxından müşahidə altındayam”, deyə dünyaca məşhur olan futbolçu bildirib.
Diqqətə çatdıraq ki, Roberto Karlos üç dəfə Çempionlar Liqasının qalibi olduğu Real Madrid və 125 matçda iştirak etdiyi Braziliya millisi ilə tanınır.