Azərbaycanda pambıq mahlıcı istehsalı 34 % artıb

2 Yanvar 2026 14:25 (UTC+04:00)

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 76,86 min ton pambıq mahlıcı istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34 % çoxdur.

Ötən il dekabr ayının 1-nə ölkədə 28,31 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 9,9 % azdır.