Azərbaycan gips və anhidrit istehsalını 12 % artırıb

2 Yanvar 2026 13:45 (UTC+04:00)

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 554 min ton gips və anhidrit istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.

Ötən il dekabr ayının 1-nə, ölkədə 60,2 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 570,5 min ton gips və anhidrit istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 4,8 % azdır.