Tramp 2026- cı il üçün prioritetlərini açıqlayıb

2 Yanvar 2026 12:08 (UTC+04:00)

Tramp cari il üçün prioritetlərini açıqlayıb

SİA TASS xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dekabrın 31-də axşam özünün Mar-a-Laqo malikanəsindəki qəbulda jurnalistlərə bildirib ki, o, yeni ildə qlobal sülhə nail olmaq üçün səy göstərmək niyyətindədir.
Vaşinqton administrasiyasının rəhbəri mətbuat mənsubunun Yeni il qabağı özünə vəd etdiyi hər hansı hədəfin olub-olmaması ilə bağlı sualını cavablandırarkən belə deyib: “Bəli, mən yer üzündə sülh istəyirəm.” Bununla belə, Tramp Amerikanın Ukraynaya qoşun göndərib-göndərməyəcəyi və ya Venesuelaya zərbə endirilməyəcəyi məsələsində oynadığı rolla bağlı suallara da məhəl qoymayıb.
Diqqətə çatdıraq ki, daha əvvəl Tramp məhz Rusiya prezidenti Vladimir Putin, eləcə də Zelenski ilə Ukrayna münaqişəsinə son qoymaq istəyini də bəyan edib.