Azərbaycanda ötən gün 26 cinayətin açılması təmin olunub

2 Yanvar 2026 12:05 (UTC+04:00)

Azərbaycanda yanvarın 1-də 26 cinayətin açılması təmin edilib.

SİA xəbər verir, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.