Ukrayna Prezidenti Vladimir Zelenski axşam çıxışında 2 yanvarın ölkənin daxili siyasəti üçün vacib bir gün olacağını bildirib.
Dövlət başçısı əlavə məlumat vermədən qeyd edib ki, “Sabah (artıq bu gün-A.B.) Ukrayna üçün daxili siyasətdə vacib bir gün olacaq".
Xatırladaq ki, 28 noyabrda Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak istefa verib.
Elə həmin gün Prezident Vladimir Zelenski onu vəzifəsindən azad edən fərman imzalayıb.
Zelenski yeni ofis rəhbərini seçmiş ola bilər və onu bu gün namizəd göstərəcək.
Əli Babayev