...Yeni il günündə İstanbulda və Türkiyənin digər şəhərlərində Fələstinlə həmrəylik yürüşləri və mitinqlər keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS xəbər verir.
“İlkha” bildirir ki, İstanbulda 520.000 insan Qızıl Buynuzdakı Qalata Körpüsünün yaxınlığında keçirilən mitinqə toplaşıb. Yürüş təxminən 400 ictimai təşkilatı özündə birləşdirən Milli İradə Platforması tərəfindən təşkil edilib.
NTV-nin məlumatına görə, tədbir Türkiyənin aparıcı futbol klubları olan “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ın rəhbərləri tərəfindən dəstəklənib.
Qalata Körpüsünə doğru yürüş səhər namazından sonra İstanbulun mərkəzindəki Sultanəhməd Meydanından və Taksim Məscidindən başlayıb.
İştirakçılar İsrail əleyhinə şüarlar səsləndiriblər.
...Biz təslim olmuruq, susuruq, Fələstini unutmuruq və onun unudulmasına imkan verməyəcəyik.
Mitinqin təşkilatçılarından biri, Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan bildirib ki, "1 yanvarda keçiriləcək mitinqə Fələstin xalqı ilə həmrəyliyimizi nümayiş etdirmək üçün gedirik".
Əli Babayev