Tovuzda göldə meyit tapılıb

1 Yanvar 2026 22:52 (UTC+04:00)

Tovuzda göldə qadın meyiti aşkarlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb. Belə ki, sözügedən göldən orta yaşlı qadın meyiti tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.