Tusk avropalılara Polşa kimi enerjili və cəsur olmağı məsləhət gördü...

2 Yanvar 2026 05:24 (UTC+04:00)

...SİA-nın məlumatına görə, “Polsat News” xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk Yeni il müraciətində Avropanı və avropalıları Polşanın nümunəsini izləməyə çağırıb.

Tusk ölkəsi və onun nailiyyətləri ilə qürur duyduğunu vurğulayıb.

Qürur üçün "mindən onu" səbəb arasında o, "təhlükəsiz və hermetik şərq sərhədi" və "məsuliyyətli və sərt sığınacaq siyasəti"ni qeyd edib ki, bu da Polşa sərhədlərini keçən miqrantların sayının 90 faizdən çox azalmasına səbəb olub. Baş nazir həmçinin Polşa ordusunu "Avropa İttifaqının ən böyük müasir ordusu" adlandırıb və bunun sayəsində Polşa eləcə də Avropa "Şərqdən" qorunur.

O, Rusiya tərəfindən göndərilən təxribatçıların təqib olunmasına imkan verən "effektiv cinayətkarlığa qarşı siyasət"i qeyd edib.

Bundan əlavə, Tusk Ukraynada müharibənin başlamasından sonra Polşaya gələn iki milyon ukraynalının dəstəyini xatırladıb.

...Polşa ilə fəxr etmək üçün hər cür səbəbim var.

Baş nazir yekun olaraq bildirib ki, "Avropa və avropalılara ən xoş Yeni il arzularım bunlardır: Polşa kimi enerjili, cəsur və təhlükəsiz olun. Uğurlar".

Əli Babayev