Mərkəzi Kəşfiyyat İdarəsi bu barədə Trampa məlumat verib...

2 Yanvar 2026 00:05 (UTC+04:00)

...Ukrayna Silahlı Qüvvələri 29 dekabr hücumu zamanı Putinə sui-qəsd cəhdi etməyib və ya onun iqamətgahını hədəf almayıb.

SİA-nın məlumatına görə, “The Wall Street Journal” kəşfiyyat orqanlarının tapıntıları ilə tanış olan ABŞ rəsmilərinə istinadən xəbər verir ki, bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gəldiyi nəticədir.

Bir mənbəyə görə, Ukrayna Silahlı Qüvvələri Putinin Valday iqamətgahı olan Ujinin yaxınlığında deyil, Novqorod bölgəsində yerləşən hərbi obyekti vurmağı hədəfləyirdi.

31 dekabrda ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetində dərc olunmuş “Putinin “hücum” haqqında sərt açıqlamaları Rusiyanın sülh yolunda dayandığını göstərir” başlıqlı köşəyə keçid yerləşdirib və orada iqamətgaha zərbə endirilmədiyi bildirilib.

“The Wall Street Journal” mənbəyi qeyd edib ki, Ağ Ev rəhbəri bu paylaşımı Mərkəzi Kəşfiyyat İdarəsi direktoru Con Retkliff ona kəşfiyyat tapıntıları barədə məlumat verdikdən sonra dərc edib.

Kreml əvvəllər Putinin iqamətgahına edilən hücumla bağlı dəlil təqdim etməkdən imtina edib və bununla bağlı şübhələri "dəlilik" adlandırıb.

Əli Babayev