Rusiyada arağın qiyməti son bir ildə 15 faiz artıb…

1 Yanvar 2026 21:32 (UTC+04:00)

Rusiyada minimum ərzaq səbətinin qiyməti 2024-cü ilin dekabr ayından bəri 5,9 faiz artaraq adambaşına orta hesabla 7300 rubl təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusprodsoyuz Assosiasiyasının İdarə Heyətinin sədr müavini Dmitri Leonov TASS-a bildirib.

15 dekabr tarixinə olan məlumatlara görə, il ərzində ən böyük qiymət artımı araqda müşahidə olunub - 15,1 faiz artım.

Ən böyük artım dondurulmuş balıqda (+20,5 faiz), sümüklü mal əti (+14,1 faiz), çovdar çörəyində (+13,4 faiz) və marqarində (+12,8 faiz) olub.

Bununla yanaşı, tərəvəzlərdə də əhəmiyyətli dərəcədə qiymət azalması müşahidə olunub: kələmdə (-27,7 faiz), kartofda (-24,2 faiz), xiyarda (-18,9 faiz) və soğanda (-18 faiz).

Yumurtanın da qiyməti düşüb (-18,8 faiz).

Ərzaq səbətinin ən yüksək qiyməti Çukotkada (18400 rubl) və Kamçatka diyarında (12600 rubl) qeydə alınıb.

Ən aşağı qiymət Mordoviyada (5900 rubl) və Penza vilayətində (6200 rubl) olub.

Əli Babayev