...ABŞ Prezidenti Donald Tramp ənənəvi olaraq Yeni ili Florida ştatındakı Mar-a-Laqo iqamətgahında təntənəli qəbulla qeyd edib.
SİA-nın məlumatına görə, Amerika lideri tədbirə birinci xanım Melaniya Trampın müşayiəti ilə gəlib.
Clash Report-un məlumatına görə, müxbirlərdən birinin Trampın Yeni il qətnaməsi olub-olmadığı barədə sualına o, "Dünya sülhü" cavabını verib.
"The New York Post" qəzeti xəbər verir ki, Mar-a-Laqoda Yeni il şənliyi zamanı xeyriyyə hərracı keçirilib və tədbir zamanı yaradılan İsanın rəsmi 2,75 milyon dollara satılıb. Gəlirin yarısı Müqəddəs Cud Uşaq Xəstəxanasına, digər yarısı isə yerli şerif ofisinə gedib.
Qonaqlar arasında İsrail Baş naziri Benyamin Netanyahu və həyat yoldaşı da olub.
Əli Babayev