Makronun Rusiya əleyhinə planı Avropanı çaşdırıb...

1 Yanvar 2026 18:26 (UTC+04:00)

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen sosial media saytında X-də yazıb ki, Avropa liderləri Ukrayna münaqişəsinin həllinə mane olmaq üçün əllərindən gələni edəcəklər.

O, Fransa prezidenti Emmanuel Makronun planını şərh edərkən bildirib ki, "Avropalılar münaqişənin sülh yolu ilə həllini qeyri-mümkün edəcəklər".

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı qərarların qəbul ediləcəyi 6 yanvarda keçirilməsi planlaşdırılan sammitə aiddir.

Bundan əvvəl Britaniya Baş naziri Keyr Starmer və Fransa prezidenti Emmanuel Makron London sammitində Rusiya ilə sülh bağlandıqdan sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün "İstəklilər Koalisiyası"nın yaradılması təşəbbüsünü irəli sürmüşdülər.

Buraya bütün NATO ölkələri (ABŞ, Macarıstan, Şimali Makedoniya və Slovakiya istisna olmaqla), eləcə də Avstraliya, Avstriya, Kipr, İrlandiya, Yaponiya və Yeni Zelandiya daxil olmaqla 34 ölkə daxil idi.

Əli Babayev