Ukrayna Müdafiə Nazirliyi: Almaniya ilə razılaşmalar əsasında daha iki "Patriot" aldıq

1 Yanvar 2026 15:05 (UTC+04:00)

Ukrayna daha iki "Patriot" hava hücumundan müdafiə (HHM) kompleksi alıb. SİA Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilib.

"Daha iki ədəd "Patriot" HHM kompleksi Ukrayna şəhərlərinin və kritik infrastrukturun müdafiəsinə başlayıb. Bu, Almaniya hökuməti ilə əldə edilmiş son razılaşmalar sayəsində mümkün olub", - məlumatda qeyd edilib.