Bill Qeyts süni intellektin inkişafının qorxulu nəticələri barədə xəbərdarlıq edib.
SİA xarici xəbər saytlarına istinadən məlumat verir ki, dünyaca məşhur olan Qeytsin sözlərinə görə, texnologiya kütləvi sosial sarsıntı yaradacaq. “Süni intellekt yanlış insanların əlinə keçərsə, fəlakətə səbəb ola bilər”, deyə Microsoft-un həmtəsisçisi Bill Qeyts bildirib.
“Süni intellekt hər zaman sizinlə olacaq. O, məsələn, həkim qəbulu zamanı sizə kömək edəcək... Süni intellekt bəşəriyyətin ən güclü ixtirasıdır. Amma məhz öz gücünə görə, yanlış əllərə düşərsə, çox təhlükəli ola bilər”, deyə Bill Qeyts BBC Radio 4-də xüsusilə qeyd edib. Qeyts süni intellektin səhiyyədə böyük potensialını vurğulayaraq, bu sahədə növbəti onillikdə inqilab olacağını proqnozlaşdırıb. O qeyd edib ki, şəxsi süni intellekt köməkçiləri diaqnostika keyfiyyətini artıracaq və həkimləri gündəlik işlərdən azad edəcək.
Bununla belə, Qeytsin fikrincə, texnologiya həm də kütləvi sosial təlatüm yarada və kütləvi işsizliyə səbəb ola bilər. Onun narahatlığını Microsoft-un süni intellekt üzrə rəhbəri Mustafa Süleyman da bölüşüb. O, həmçinin bütün bəşəriyyətin birləşmiş intellektual potensialını üstələyən, tamamilə avtonomlaşan və idarəolunmaz hala gətirən “super intellekt” yaratmaq riskləri barədə xəbərdarlıq da edib. Onun fikrincə isə, belə sistemlərin insanların tərəfində qalması çətin ki, bəşəriyyəti alt-üst edə bilər.