Pakistanda yeni il atəşfəşanlığında 25 nəfər yaralandı

1 Yanvar 2026 14:04 (UTC+04:00)

Pakistanda Yeni il qeyd etmələri zamanı havaya açılan atəş nəticəsində 25 nəfər yaralanıb.

SİA xarici xəbər saytlarına istinadən məlumat verir ki, Pakistanın Karaçi şəhərində Yeni il şənlikləri əsnasında havaya atəş açılması nəticəsində 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yerli mətbuatda yer alan xəbərlərə görə, Karaçidə keçirilən Yeni il tədbirləri zamanı havaya açılan atəşlər yaralanmalara səbəb olub.

Korangii, Golimar, Five Star və New Sabzi Mandi bölgələrində havaya açılan atəşlər nəticəsində ümumilikdə 25 nəfər yaralanıb. Yaralananlardan 6 nəfərin qadın, 2 nəfərin isə uşaq olduğu bildirilib.

Polis şəhərin müxtəlif ərazilərində havaya atəş açdığı müəyyən edilən 56 şübhəlinin saxlanıldığını açıqlayıb.