5,7 maqnitudalı zəlzələ olub

1 Yanvar 2026 12:36 (UTC+04:00)

ABŞ-nin Alyaska ştatında 5,7 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Ankoric şəhərindən 535 km şərqdə yerləşib. Zəlzələnin ocağı 9 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.