Ötən gün itkin düşən 5 nəfər tapılıb

1 Yanvar 2026 10:44 (UTC+04:00)

Ötən gün itkin düşən 5 nəfər tapılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.