Bayram günü cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

1 Yanvar 2026 10:37 (UTC+04:00)

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 31-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.