"Çelsi" yaxın günlərdə baş məşqçisi ilə yollarını ayıra bilər

1 Yanvar 2026 09:54 (UTC+04:00)

İngiltərənin "Çelsi" klubu baş məşqçi Entso Mareska ilə yaxın günlərdə yollarını ayıra bilər. SİA-ya "The Guardian"a istinadən xəbər verir ki, mütxəssislə klub rəhbərliyi arasında münasibətlər tamamilə korlanıb.

Buna səbəb komandanın son nəticələridir. Londonlular son 9 matçda cəmi 2 qələbə qazanıb.

Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında 19 turdan sonra 30 xalla 5-ci yerdə qərarlaşıb.