Yeni ilə ən birinci Kiribati qədəm qoyub

31 Dekabr 2025 23:06 (UTC+04:00)

2026-cı ilə qədəmi Sakit okean regionunda yerləşən ölkələr qoyub.

SİA xəbər verir ki, Yeni ili ilk qarşılayan Okeaniyadakı Kiribati Respublikasının sakinləri olub.

Kiribatidən 2 saat sonra isə Avstraliyada Yeni il qarşılanıb. Asiyanın onlarla ölkəsində artıq 2026-cı ildir.