Şeyxin Bollivud ateisti ilə mübahisəsi geniş müzakirələrə səbəb olub...

31 Dekabr 2025 21:08 (UTC+04:00)

...Hindistanda həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş diqqəti cəlb edən ictimai intellektual müzakirə baş tutub.

SİA-nın məlumatına görə, gənc İslam ruhanisi Şeyx Şamail Nədvi məşhur ateist yazıçı və Bollivud ssenaristi Cavid Əxtarı ilə debata çıxıb.

Qeyd edək ki, Dehlidə keçirilən tədbir sadəcə bir müzakirədən daha çox birbaşa və canlı ictimai reaksiyaya səbəb olan əhəmiyyətli bir hadisə idi.

Debat zamanı Əxtər dünyadakı əzab və ədalətsizlik mövzusuna diqqət yetirərək ilahi dizaynın rolunu şübhə altına aldı.

27 yaşlı Nədvinin sözlərinə görə, tədbirdən sonra qeyri-müsəlmanlardan və əvvəllər ateist ideyaların təsiri altında olan gənclərdən gələn mesajlarla dolub daşdı.

...Bəziləri şübhələrinin aradan qalxdığını və həqiqəti səmimi şəkildə axtarmağa başladıqlarını, digərləri isə açıq şəkildə İslamı qəbul etdiklərini bildirdilər, - deyə vaiz qeyd edib və rəsmi statistikanın olmamasına baxmayaraq, ictimai reaksiyanın aydın olduğunu vurğulayıb.

Qısa müddət ərzində müzakirə sosial mediada milyonlarla baxış topladı və bu, onun yüksək ictimai nüfuzunu təsdiqlədi.

Rəqibinin arqumentlərinə cavab olaraq Nadvi izah etdi ki, bu cür şübhələrlə üzləşmək üçün sakitlik, rasionallıq və qınaqdan azad elmi yanaşmaya sadiqlik tələb olunur.

…Səmimi sual səhvə aparan yol deyil, həqiqi rəhbərliyə aparan yoldur. Əsl uğur mediada təbliğat və ya qalibiyyət müzakirələrində deyil, axirətdədir, - deyə o bildirib.

Şeyx həmçinin humanitar aspektə toxunaraq vurğulayıb ki, insan əzabları Allahın varlığını inkar etmir, lakin sınaqlar çərçivəsində başa düşülməlidir. O, əzabı mənasız hesab edən ateist baxışla ona dəyər verən və mükafat təklif edən İslam baxışı arasında aydın bir fərq qoyub.

Hindistanlı təbliğatçı Allaha inamın ağıldan qaçış deyil, onun düzgün istifadəsinin zirvəsi olduğunu təsdiqləyib.

O, gəncləri daim mütəxəssislərlə dialoqa getməyə çağırıb və hər hansı bir şübhəyə sakit və hörmətlə cavab verməyin vacibliyini vurğulayıb.

Debat, rəqiblər arasında üç aylıq ilkin yazışmaların yekun nəticəsi olub.

Ateizmə intellektual cəhətdən meydan oxumaq üzrə ixtisaslaşmış Əl-Vəhyain Fondunun təsisçisi Nədvi, uğurun açarının mühakiməyə deyil, elmi yanaşmaya əsaslanan sakit və rasional dialoq olduğunu vurğulayıb.

…Əsl uğur media səs-küyündə deyil, insanları həqiqətə yönəltməkdədir, - deyə o bildirib.

…Bu tədbir Hindistanda ideoloji məsələlər üzrə ictimai müzakirələrin artan populyarlığı fonunda diqqət çəkir. Ölkənin ən görkəmli ateist səslərindən biri ilə İslam alimi arasında birbaşa intellektual qarşıdurma təkcə auditoriyanın diqqətini cəlb etməklə kifayətlənmədi, həm də reaksiyaya əsasən bir çoxlarının fikirlərini yenidən nəzərdən keçirməsinə səbəb oldu və müasir cəmiyyətdə iman, elcə də məna haqqında dərin dialoqun davam edən aktuallığını nümayiş etdirdi.

Əli Babayev