Bakıda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb

31 Dekabr 2025 14:41 (UTC+04:00)

Bakıda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb.

SİA-nın xəbərinə görə, hadisə Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Nağıyeva Təranə Hümbət qızı fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.