DİN bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib

31 Dekabr 2025 10:45 (UTC+04:00)

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları milli birlik, qarşılıqlı hörmət və məsuliyyətin rəmzidir. Bu əlamətdar günlərin əmin-amanlıq şəraitində və xoş əhval-ruhiyyədə keçməsi üçün hamılıqla təhlükəsizlik qaydalarına əməl etmək vacibdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, bu günlərdə hər kəsdən ictimai yerlərdə nizam-intizamla davranmaq, kütləvi tədbirlərdə ehtiyatla hərəkət etmək, hansısa hüquq pozuntusuna səbəb olacaq addımlardan çəkinmək, yol hərəkəti, eləcə də digər təhlükəsizlik qaydalarına riayət etmək xahiş və tələb olunur.