BMT-nin Bakı nümayəndəliyi Azərbaycan xalqını təbrik edib

31 Dekabr 2025 09:34 (UTC+04:00)

BMT-nin Bakı nümayəndəliyi Azərbaycanı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

SİA-nın xəbər verdiyi kimi, müvafiq təbrik təşkilatın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

"BMT-nin Azərbaycandakı nümayəndəliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərini ifadə edir! Qarşıdan gələn ildə sülh, rifah və yeni ümidlər arzulayırıq", - BMT-nin yazısında deyilir.