ABŞ-ın keçmiş prezidenti Cozef Baydeni cinsi təcavüzdə ittiham edən keçmiş işçisi Tara Rid Rusiya vətəndaşlığını alıb.
SİA xəbər verir ki, o, bu xəbəri özünün X sosial media hesabında açıqlayıb.
...Təşəkkür edirəm! İndiyə qədər ən yaxşı Milad hədiyyəsi, - deyə zərərçəkmiş Rusiya pasportunu alarkən çəkdiyi video ilə paylaşımını şərh edib.
Qeyd edək ki, Tara Rid 1990-cı illərdə Bayden üçün işləyib. 2020-ci ildə o, siyasətçini cinsi təcavüzdə ittiham edib. Hadisə, keçmiş Bayden köməkçisinin ofisdəki uyğunsuz davranışını təsvir etdiyi 1996-cı il məhkəmə sənədi ilə təsdiqlənib. Sənəd Rid cinsi təcavüzlə bağlı ilk kamera qarşısında müsahibəsini yayımlamağa hazırlaşarkən ortaya çıxıb.
Əli Babayev