Rusiya hava limanında uçuş məhdudiyyətləri tətbiq edilib...

30 Dekabr 2025 18:44 (UTC+04:00)

...SİA rus saytlarına istinadən xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) məlumatına görə, çərşənbə axşamı, 30 dekabr tarixində Kaluga hava limanında (Qrabtsevo) müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.

Təxminən saat 16:50-də Kaluga hava limanında təyyarələrin gəlişi və uçuşuna məhdudiyyətlər qoyulduğu bildirilib. Rosaviasiyanın aydınlaşdırdığı kimi, bu məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.