“Mənə Milad ağacını yandırmağımı dedilər...”

30 Dekabr 2025 18:14 (UTC+04:00)

...SİA xəbər verir ki, agentliyin məlumatına görə, Orta Asiya ölkəsinin vətəndaşı olan şübhəlinin "Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarı" olduğu iddia edilir (konkret təşkilat göstərilməyib).

Məktəbin yaxınlığında park edilmiş avtomobilində on şüşə evdə hazırlanmış Molotov kokteyli, iki taktiki bıçaq və terror təşkilatının bayrağı tapılıb.

Federal Təhlükəsizlik Xidməti şübhəlinin məktəbin yaxınlığında həbsinin, avtomobildə tapılan Molotov kokteyli və etirafının videosunu yayımlayıb.

...Mən buraya Maykopa gəldim. Onlar mənimlə Telegram vasitəsilə əlaqə saxlayıb məktəbdəki “Milad ağacı”nı yandırmağımı dedilər. Mənə ağacı yandırmaq üçün "kokteyllər" hazırlamağımı və sonra şəhəri tərk etməyimi dedilər.

Terror aktına hazırlıqda şübhəli şəxs saxlanılıb.

Əli Babayev