Bu arada SİA xəbər verir ki, “Mirror” qəzetinin məlumatına görə, Hollivud aktyorları Culiya Roberts və Riçard Gir "Gözəl qadın" adlı kult filminin davamında rol almağa hazırlaşırlar.
Qeyd edək ki, 1990-cı ildə nümayiş olunan film dərhal dünyada milyonlarla izləyicinin qəlbini fəth etdi.
Sözün əsl mənasında hər kəs maliyyə maqnatı Edvard Lüis və "aşağı sosial məsuliyyətli" Vivienne adlı bir qızın hekayəsinin necə bitəcəyini bilmək istəyirdi.
Çəkiliş zamanı Robertsin cəmi 23, Gir isə 41 yaşında idi. Lakin belə böyük yaş fərqi aktyorların personajlarını ahəngdar şəkildə canlandırmasına mane olmurdu.
Son bir neçə aydır ki, əfsanəvi melodramın davamının çəkilmə ehtimalı internetdə fəal şəkildə müzakirə olunur.
Bu yaxınlarda istehsal qrupunun bir üzvü "Gözəl qadın"ın davamı üçün danışıqların həqiqətən də aparıldığını təsdiqləyib.
Süjetin təfərrüatları gizli saxlanılır. Bundan əlavə, təxmini buraxılış tarixini belə demək hələ tezdir.
Nazlı Almuradova