Azərbaycan Prezidenti İlham Əliyev Rasim Nəsrəddin oğlu Musabəyovun "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
SİA-nın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, R.Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.