Prezident Azərbaycanla Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Əlavə Protokolu təsdiq edib

30 Dekabr 2025 16:34 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında peşə təhsilinə dair Əlavə Protokolu təsdiqləyib.

SİA-nın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il sentyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol" təsdiq edilsin".