“Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi sabahın möhkəm təməlidir” - DEPUTAT DANIŞDI

30 Dekabr 2025 15:36 (UTC+04:00)

“Uzun illər işğal faktorunun ağır izlərini daşıyan Ağdam rayonu bu gün özünün intibah dövrünü yaşayır. Erməni təcavüzü nəticəsində Qafqazın Xerosiması olaraq adlandırılan Ağdam artıq müasir şəhərsalma standartlar əsasında qurulan, yeni ümidlərlə həyatın canlandığı məkana çevrilməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Onun sözlərinə görə,görülən işlər təsadüfi deyil. Onun təməlində güclü siyasi iradə və dayanıqlı iqtisadi potensial dayanır:

“Bilindiyi kimi, 44 günlük Vətən Müharibəsi zamanı məhz hərbi əməliyyatların gedişində belə ölkəmiz azad olunan ərazilərin bərpasına start verib. Həmin qürurverici kadrlar tarixi Zəfərə olan inamımızın göstəricisi idi. Eyni rasional yanaşma, qətiyyətlililik bu gündə davam etməkədir.

Möhtərəm cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri və səfər çərçivəsində "Böyük Qayıdış" proqramı çərçivəsində görülən işlərlə tanış olması Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu prioritetlərə mərhələli şəkildə çatmasının bariz nümunəsidir. Mövcud tendensiya ölkə rəhbərinin uzaqgörən strategiyası və milli maraqlara əsaslanan idarəçilik konsepsiyasının real nəticələridir. Hər bir azərbaycanlı işğaldan azad olunmuş ərazilərin, şəhərlərin, kəndlərin dirçəlişini qürur və fəxarət hissi ilə izləyir.

Ağdam şəhəri üzrə qəbul edilən baş plan birmənalı olaraq uzunmüddətli inkişafı hədəfləyir. Şəhərin "ağıllı şəhər" konsepsiyası əsasında qurulması, ekoloji tarazlığın qorunması və sosial infrastrukturun önə çəkilməsi bu kontekstdə verilən siyasi qərarların gələcək nəsillərə hesablandığının göstəricidir.

Ağdam işğaldan əvvəl iqtisadi və sənayeləşmə baxımından inkişaf etmiş rayonlardan biri idi. İşğal zamanı Ermənistan tərəfi Ağdamın bütün maddi nemətlərini mənimsəyib, rayon ərazisini minalarla çirkləndirib. İndi isə ölkəmizin iqtisadi potensialı bütün qüdrəti ilə Ağdam üzərində günəş tək parıldayır. Öz doğma yurdlarına qayıdan sakinlər ən son standartlar əsasında qurulan evlərdə illərdir həzrətlərindı olduqları ülvi hissləri yaşayırlar. Əminəm ki, yeni Ağdam özünün əvvəlki potensialından daha artıq inkişaf edəcək, ölkə iqtisadiyyatına öz töhfəsini verəcək. Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi bu günün uğuru, sabahın möhkəm təməlidir”.