Azərbaycanda daha 237 dərmanın qiymətləri tənzimlənib

30 Dekabr 2025 15:22 (UTC+04:00)

Azərbaycanda daha 237 dərmanın qiymətləri tənzimlənib.

SİA xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.

Məlumata görə, Şuranın iclasında yeni dövlət qeydiyyatına alınan 237 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 5 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 53 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli qərarı ilə təsdiq olunmuş Qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Dəyişikliklər 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.