Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb

30 Dekabr 2025 13:48 (UTC+04:00)

Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi Nicat Namiq oğlu Rəhimov Bosniya və Herseqovinada saxlanılıb.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən dələduzluqda təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.