Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti qəbul edilib

30 Dekabr 2025 12:28 (UTC+04:00)

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti qəbul edilib. SİA xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova bildirib ki, hər il bu ərəfədə Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir. Bu il də gündəliyin sonuncu məsələsi məhz həmin müraciətin təsdiq olunması ilə bağlıdır.

Spiker müraciətin hazır olduğunu qeyd edərək, onu oxumaq üçün deputat Zaur Şükürova söz verib. Deputat müraciət mətnini parlament üzvlərinə təqdim edib.

Sonra müraciət səsverməyə qoyularaq yekdilliklə qəbul olunub.