“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda qəbul edilib

30 Dekabr 2025 12:22 (UTC+04:00)

Milli Məclis “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda qəbul edib. SİA xəbər verir ki, qanun layihəsini Milli Məclisin deputatı Tahir Rzayev təqdim edib.

Deputat çıxışında siqaretin, tütün məmulatlarının və elektron siqaretlərin insan sağlamlığına zərərli təsirlərinin hərtərəfli şəkildə cəmiyyətə çatdırılmasının vacibliyini vurğulayıb. Qanun layihəsi artıq üçüncü oxunuşdan keçir və qəbul olunması üçün səsverməyə çıxarılıb.

Tahir Rzayev qanun layihəsinə müsbət münasibət bildirib və deputatlardan onun qəbul olunmasına dəstək göstərmələrini xahiş edib.