Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində bir nəfər polisə müraciət edərək “Tofaş” markalı nəqliyyat vasitəsindən naməlum şəraitdə 900 manat dəyərində maqnitofon, səsgücləndirici və mobil telefonunun talandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 31 yaşlı T. Namazov və 32 yaşlı E. Balayev müəyyən olunaraq saxlanılıblar.
Yasamal rayonunda isə bir nəfərə məxsus 400 manat dəyərində skuter oğurlayan əvvəllər məhkum olunmuş N.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.