Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə 2025-ci il dekabrın 31-dən 2026-cı il yanvarın 5-dək bayram günlərində “802 Qaynar Xətt” vatsap vasitəsilə fəaliyyətini davam etdirəcək.
İşçi Qrupundan SİA-ya verilən məlumata görə, vətəndaşlar rəsmi vatsap nömrəsi - (055) 600 08 02 vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.