Milli Məclis Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
SİA xəbər verir ki, qanun layihəsini Milli Məclisin deputatı Azər Əmiraslanov təqdim edib.
Qanuna əsasən, Vergi Məcəlləsində müəyyən redaktələr edilərək bəzi vergi güzəştləri və prosedurların tətbiqi yenilənib. Üçüncü oxunuşda dəyişikliklər olduğu kimi qəbul olunub.