"Azərbaycan Dəmir Yolları" ixrac gəlirlərini 6 dəfəyə yaxın artırıb

30 Dekabr 2025 10:55 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayında qeyd edilir.

Bu, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 1 milyon 231 min 700 ABŞ dolları və yaxud 5,6 dəfə çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ADY-nin ixrac gəlirləri 268 min 300 ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.