Dünya bazarlarında neft cüzi bahalaşıb

30 Dekabr 2025 09:58 (UTC+04:00)

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin fevral müqaviləsinin 0,05% artaraq 1 barelə görə 61,52 ABŞ dolları təşkil edib.

SİA-nın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin fevral ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,09% artaraq 58,13 ABŞ dollarına bərabər olub.