Daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

29 Dekabr 2025 21:19 (UTC+04:00)

“AZCON Holding”in şirkətlərindən olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC tərəfindən Ağdərə rayonu ərazisində yerləşən Talış, Kiçik Qarabəy və Həsənriz Radio-Televiziya Yayım Stansiyalarının işi bərpa edilib.

SİA xəbər verir ki, bununla da işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 11-ə çatdırılmaqla rəqəmsal televiziya və FM radio yayımlarının əhatəsi və siqnal keyfiyyəti artırılıb.

Qeyd edək ki, 2026-cı il üzrə əhalinin köç qrafiki diqqətdə saxlanacaq və radio-televiziya proqramlarının tələb olunan ərazilərdə yayımının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.