...SİA xəbər verir ki, "The Middle East Eye" qəzetinin məlumatına görə, İsrail naziri İtamar Ben-Qvir məscid minarələrindən xüsusi dövlət icazəsi olmadan azan oxunmasını qadağan edən qanun layihəsinin hazırlandığını elan edib.
İcazə səs-küy səviyyəsi, məscidin yeri, yaşayış məntəqələrinə yaxınlığı və sair kimi bir sıra meyarlar əsasında veriləcək. Qanun layihəsi Milli Təhlükəsizlik Komitəsinin sədri Zvirka Fogel tərəfindən sakinləri "məntiqsiz səs-küydən" qorumaq ilə təqdim edilib.
Qanun layihəsi polisə pozuntu hallarında səsgücləndiriciləri müsadirə etmək səlahiyyəti verir və bu zaman yüksək cərimələr də daxil olmaqla cəzalar tətbiq olunur. Sügücləndiricilərdən icazəsiz istifadəyə görə cərimə 50.000 şekel (15.660 dollar), icazənin şərtlərini pozmağa görə isə 10.000 şekel (3.100 dollar) təşkil edəcək.
İsrailin ərəb vətəndaşları məscidlərdən azan oxunmasının səs-küy yaratmadığını iddia edərək qanun layihəsini pisləyiblər. İnsan haqları fəalı Xalid Zabarkanın sözlərinə görə, bu təşəbbüs ölkədə qeyri-yəhudi kimliyinin bütün simvollarını məhv etmək üçün yeni bir cəhddir.
Əli Babayev