Tramp yenidən Putinlə danışdı...

29 Dekabr 2025 20:48 (UTC+04:00)

...ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə bu gün də danışıb.

SİA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt açıqlama verib.

Levitt yazıb: "Prezident Tramp Putinlə Ukrayna ilə bağlı müsbət telefon danışığı aparıb".

Bu, Tramp və Putin arasında son iki gündə ikinci söhbətdir. Tramp dünən Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməzdən əvvəl diktatorla telefon əlaqəsi saxlayıb.

Əli Babayev