Putin Ukrayna ordusunun cəbhədə ciddi problemləri olduğunu deyir...

29 Dekabr 2025 18:32 (UTC+04:00)

...Ukrayna ordusu hazırda xüsusi hərbi əməliyyat zonasında bütün təmas xətti boyunca geri çəkilir.

SİA-nın məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bunu bazar ertəsi generallarla görüşündə açıqlayıb.

…Ukrayna Silahlı Qüvvələrinin bölmələri bütün təmas xətti boyunca geri çəkilir, - deyə dövlət başçısı bildirib.

O, həmçinin əlavə edib ki, Donbas, Zaporojye və Xerson bölgələrinin azad edilməsi xüsusi hərbi əməliyyat planına uyğun olaraq davam edir və Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yararaq inamla irəliləyir.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya qoşunlarının demək olar ki, bütün təmas xətti boyunca irəlilədiyini bildirib.

Lakin Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatları aparmır və yalnız müdafiə mövqeyindədir, Rusiya ordusunun hücumlarını dayandırmağa çalışır..?

Əli Babayev