...Estoniya kəşfiyyatının rəhbərinin sözlərinə görə, alyansın cavab tədbirləri Rusiyanı taktikasını dəyişdirməyə məcbur edib.
Moskva NATO-ya qarşı müharibə aparmaq planının olmadığını israr edir.
SİA xəbər verir ki, ERR-ə verdiyi müsahibədə Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozin qeyd edib ki, Rusiyanın hazırda Baltikyanı ölkələrə və ya bütövlükdə NATO-ya hücum etmək niyyəti yoxdur.
Biz Rusiyanın regionda baş verən müxtəlif hadisələrlə bağlı hərəkətlərimizə cavab olaraq davranışını necə dəyişdirdiyini müşahidə etdik.
O, vurğulayıb ki, bu məqamda Rusiyanın NATO-ya hörmət etdiyi və hazırda açıq toqquşmalardan qaçmağa çalışdığı aydındır.
Rozin əlavə edib ki, Tallinin hazırkı vəziyyətdə vəzifəsi status-kvonu qorumaqdır.
"Reaksiyamız nəticəsində davranışını dəyişdi" ifadəsinin mənası ilə bağlı suala cavab olaraq Rozin izah etdib ki, "Əvvəllər baş verənlərdən (kabellərə zərər) başlayaraq bir sıra hadisələrdən, NATO hava məkanına çoxsaylı dron müdaxilələrindən və ya təyyarələrlə baş verən hadisələrdən sonra Qərbin və NATO-nun reaksiyası sayəsində Rusiyanın gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün addımlar atdığını görürük."
Əli Babayev